Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu Azərbaycan
QRANT MÜSABİQƏSİ ELAN EDİR
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu yerli Qeyri-Hökumət Təşkilatlarını, analitik-araşdırma mərkəzlərini, müstəqil məsləhət və yardım təsisatlarını 2008-ci il ictimai siyasətin inkişafı proqramı daxilində qrant müsabiqəsində iştirak etmək üçün ərizələrini təqdim etməyə dəvət edir.
İctimai siyasət debatlar proqramı cəmiyyət üçün aktual olan mövzular üzrə fərdi və birgə tədqiqatların aparılmasını, həmin tədqiqatların nəticələrini yerli və daha geniş dairədə müzakirəsini və sonradan səmərəli təkliflərin həyata keçirilməsi üzrə ictimai maraqların qorunması tədbirlərin görülməsini məqsəd kimi qoyur.
Vətəndaş cəmiyyətinin fəalları ayrı-ayrı sahələr üzrə inkişaf proseslərinə müsbət təsiri və cəmiyyətin maarifləndirməsində əvəzsiz rolu ola bilər. Bu baxımdan ictimai siyasətin müəyyənləşməsi üzrə milli ekspertlərin və yerli fəalların iştirakı və nəzarətinin gücləndirilməsi bacarıqları, ictimai məlumatlandırma və ictimai siyasət forumların gerçəkləşməsi, habelə vətəndaş cəmiyyəti nümayəndələrinin gedən proseslərə təsir etmək və hər hansı dəyişikliklərə nail olmaq imkanının inkişaf edilməsi hazırkı müsabiqənin əsas məqsədləri daxilindədir.
Müsabiqədə iştirak edəcək tərəflər ictimai fəallığını aşağıdakı sahələrə yönəldə bilərlər:
- informasiya əldə etmək mədəniyyətinin inkişafı;
- ictimai vəsaitlərin xərclənməsinin səmərəliyi;
- ədliyyə-məhkəmə sisteminin islahatları;
- dövlət və özünü idarə islahatları;
- insan haqlarının vəziyyəti ilə bağlı təminatlar;
- ictimai xidmətlərin təmin edilməsi;
- digər vacib ictimai siyasət sahələrini.
Müsabiqə aşağıdakıları dəstəkləmir: siyasi fəaliyyət, ayrı-ayrı fərdlərə maddi yardım, elmi-tədqiqat proqramları, təhsil üçün təqaüdlər.
Ayrılacaq hər bir qrantın məbləği 10.000 ABŞ dollarına qədər, müsabiqənin ümumi fondu – 70.000 ABŞ dollarıdır.
Ərizələr 2008-ci il aprelin 14-dən mayın 8-nə saat 15:00 qədər təqdim oluna bilər. Nəticələr 10 iyun 2008-ci il tarixinə qədər elan ediləcəkdir.
Müsabiqədə iştirakınıza görə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Müsabiqə ilə bağlı daha ətraflı məlumatı müsabiqəyə həsr olmuş məlumat sessiyasında 2008-ci il aprelin 28 saat 17:00-da Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunda əldə edə bilərsiniz.
Qeyd: Layihələr Azərbaycan dilində təqdim edilməli və qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı daha ətraflı məlumat Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunda vətəndaş cəmiyyəti proqramında akademik Həsən Əliyev küç. 117 A, Bakı, AZ1110 ünvanında,
Tel: (994 12) 564-34-65,
Faks: (994 12) 564-34-66,
E-mail: office@osi-az.org və ya fsuleymanov@osi-az.org əldə edilə bilər.
************ ********* ********* ****
Vüsal İ. Quliyev
Director
Educational Center for Youth (ECY)
Tel/fax: (+994 12) 434 22 03
Mobile: (+994 55) 252 41 42
(+994 50) 336 95 76
E-mail: vusal@ecy-az.org