AZƏRBAYCAN İDMANININ AZARKEŞLƏRİ İCTİMAİ BİRLİYİ.
AZƏRBAYCAN İDMANINA DƏSTƏK OLAQ!
BİRLİK,İNAM VƏ QƏLƏBƏ!
Bütün Vətənpərvər Gənclərin Nəzərinə!
«Azərbaycan İdmanının Azarkeşləri» İB-nin əsas ideoloji prinsipləri Azərbaycançılıq, dövlətçilik, vətəndaşlıq və Azərbaycan idmanına hərtərəfli və genişmiqyaslı dəstəyin göstərilməsidir. Bu ali amalların həyata keçməsi məqsədilə biz cəmiyyətinmizin bütün zümrələrinə, KİV-nə, bütün Fəal ölkə gənclərinə müraciət edir və Sizlərin hər birini «Azərbaycan Idmanının Azarkeşləri» Ictimai Birliyilə fəal əməkdaşlıq etməyə dəvət edirik.
MƏQSƏD VƏ MƏRAMIMIZ!
*Xarici ölkələrdə keçiriləcək idman tədbirlərində Azərbaycan idmançılarının iştirakının təmin edilməsinə kömək etmək;
* Idman tədbirlərinin təbliğat və təşviqat işlərinə yaxından kömək etmək;
* Futbol, güləş və.s. idman klubları yaratmaq;
* Idmançıları kütləvi yarışlara cəlb etmək;
* Turnirlər, yarışlar təşkil etmək və həyata keçirmək;
* Idmanla məşğul olan gənclərin sosial problemlərinin həllinə kömək etmək;
* Gənclərin və uşaqların müxtəlif idman növləri ilə məşğul olmalarına şərait yaratmaq.
BİZƏ QOŞUL !
P.S: Bizə qoşulmaq üçün əlaqə vasitələrimizi və qeydiyyat blankını sizə təqdim edirik. Qeydiyyat blankını doldurub, göstərilən e-mail ünvanına göndərməyiniz kifayyətdir!