Üç saatlıq təlim: martın 30-u, 15:00-18:00
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA) Hüquqi Təhsil İslahatları Proqramı universitetlərin hüquq və beynəlxalq hüquq fakültələrinin tələbələri üçun təlim təşkil edir.
Üç saatlıq bu təlimin məqsədi hüquqşünas tələbələrdə praktiki yazı vərdişlərinin formalaşdırılmasıdır. Məlum olduğu kimi hüquqşünas tələbələrə universitetlərdə yalnız nəzəri biliklər tədris olunur və əslində bu gün hüquqşünaslar üçün zəruri olan yazı vərdişləri tədris olunmur. Buna görə də təlimdə tələbə hüquqşünaslara dövlət orqanlarına ərizə və müraciətlərin hazırlanması və məhkəmələrə müraciət edilən zaman iddia ərizəsinin yazılması qaydası və texnologiyası izah ediləcək. Təlim iştirakçıları nümunəvi ərizə və müraciət formaları ilə tanış ediləcək və həmin ərizə və müraciətlərin kserosurətləri veriləcək.
Təlim ABA-nin yeni ofisində keçiriləcək (Ünvan: 28 May küçəsi 5, 3-cü mərtəbə, mənzil 59-60. Giriş: Rəşid Behbudov küçəsi 15. Çudo Peçka şirniyyat mağazası ilə üzbəüz yerləşən həyətə daxil olan kimi sağdan birinci qapı.)
İştirak etmək arzusunda olanların martın 26-na qədər bu elanda göstərilən elektron poçtlara anlga.ngo@gmail.com va ya faksa (497 87 96) iştirak niyyətlərini çatdırmalarını xahiş edirik. Yerlər məhduddur. Seçilmiş şəxslərə məlumat veriləcək. Yalnız seçilmiş şəxslər təlimdə iştirak edə bilərlər.
Ərizə formasın yüklə :
Ərizə forması